Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.18.2025 | 11:24 | Baxılıb: 1376
Qazaxıstanın Türküstan vilayətində ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

“omrum.az” “Tengri News”a istinadən xəbər verir ki, hadisə nəticəsində 9-u uşaq olmaqla, 12 nəfər həlak olub.

Hadisə yerində araşdırma aparılır, yanğının səbəbləri müəyyənləşdirilir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanğınla bağlı başsağlığı verib. Ölkə lideri hökumətə və Türküstan vilayəti administrasiyasının rəhbərinə ölənlərin yaxın qohumlarına bütün zəruri yardımın göstərilməsini və faciənin səbəblərinin araşdırılmasını tapşırıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.