Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qazaxıstanda kişi avtomobili uşaqların üzərinə sürdü - Ölənlər var
 
						Qazaxıstanda kişi avtomobili uşaqların üzərinə sürdü 
							 - Ölənlər var
Əlavə olunub: 08.20.2025 | 00:20 | Baxılıb: 1807
Qazaxıstanın Abay vilayətinin Urjar rayonunda avtomobili bir qrup uşağın üzərinə aşıb.

“omrum.az” bu ölkənin yerli KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı sürücü 6 nəfəri vurub. 

Onlardan 3 nəfər ölüb, digər 3 nəfər isə xəsarət alıb.

İlkin məlumatlara görə, “Toyota” markalı avtomobilin 55 yaşlı sürücüsü idarəetməni itirərək maşını bir qrup azyaşlının üzərinə sürüb.

İki uşaq hadisə yerində, biri isə tibb müəssisəsinə aparılarkən yolda ölüb.

Daha üç azyaşlı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Sürücü saxlanılıb. Ekspertiza onun qəza zamanı spirtli içkinin təsirində olmadığını açıqlayıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin göstərişi əsasında, xəsarət alan uşaqlara yardım göstərmək üçün hadisə yerinə hərbi təyyarə ilə həkim briqadası göndərilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.