Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qazaxıstanda tutularaq Azərbaycana gətirildi
 
						Qazaxıstanda tutularaq Azərbaycana gətirildi
Əlavə olunub: 03.19.2025 | 13:10 | Baxılıb: 1519
Qazaxıstanda tutulmuş Azərbaycan vətəndaşı ölkəyə gətirilib.

“omrum.az” Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Məmmədov Şahin Həmdulla oğlunun Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Şahin Məmmədov Qazaxıstan ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə bugün Azərbaycana gətirilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.