Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qazi təcili yardım maşınının şüşələrini sındırdı
 
						Qazi təcili yardım maşınının şüşələrini sındırdı
Əlavə olunub: 04.16.2025 | 12:03 | Baxılıb: 5130
Abşeron rayonunda insident törədilib.

“omrum.az"in əldə etdiyi məlumata görə, hadisə ötən gün Xırdalan şəhərində qeydə alınıb. 

29 yaşlı Zaur Hüseynov çağırışa gələn təcili yardım avtomobilinə xuliqanlıq niyyətilə zərər vurub. O, maşına zərbələr endirərək operativ nəqliyyat vasitəsinin şüşələrini sındırıb.

Ətrafda olan şəxslərin köməkliyi ilə Z.Hüseynovun hərəkətlərinin qarşısı alınıb.

İnsidentlə bağlı polis tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Z.Hüseynov Vətən müharibəsi iştirakçısıdır. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.