
“omrum.az” xəbər verir ki, qarşılaşma 23-cü dəqiqədən etibarən dayandırılıb.
Buna səbəb matçın keçirildiyi Qəbələ şəhərində qatı duman olmasıdır.
Qarşılaşmanın baş hakimi Tural Qurbanov komandaları soyunub-geyinmə otağına yollayıb.
***
PFL-dən “omrum.az”ya verilən məlumata görə, qarşılaşma təxirə salınıb:
“Əsasnaməyə uyğun olaraq 30 dəqiqə gözlənilib, amma hakimlərlə məsləhətləşilib. Bildirilib ki, duman daha da qatılaşıb, ona görə də oyun təxirə salınıb. Vaxtla bağlı planlama aparılır”.