“omrum.az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupu məlumat yayıb.
Bildirilib ki, araşdırmalarla yanğının 1969-cu il təvəllüdlü rayon sakini Kazım Soltanov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 6 sot ərazidə məişət tullantıları və kol-kos yanıb.
K.Soltanovun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq ixtisaslaşdırılmış xəstəxanaya yerləşdiriləcək.
***
Avqustun 7-də Ağdərə rayonunun Dovşanlı kəndi ərazisində yanğın hadisəsi törədən şəxs də polis əməkdaşları tərəfindən müəyyən olunub.
Araşdırmalarla yanğının 1983-cü il təvəllüdlü Sənan Əliyevin məişət tullantılarını yandırmaq üçün qaladığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub və o, saxlanılıb.
Faktla bağlı rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir.