Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qərib Baxşəliyevin ailəsində daha bir - Ağır itki-Yenilənib
 
						Qərib Baxşəliyevin ailəsində daha bir 
							 - Ağır itki-Yenilənib
Əlavə olunub: 08.05.2025 | 09:38 | Baxılıb: 7423
Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Qərib Baxşəliyevin bacısı vəfat edib.

“omrum.az” xəbər verir ki, şəhidin bacısı Sevil xanım ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, Qərib Baxşəliyevin atası İnqilab Baxşəliyev də 2023-cü il noyabrın 3-də oğlunun ölümünün üçüncü ildönümü günü dünyasını dəyişib.

Xatırladaq ki, əslən Laçından olan Qərib Baxşəliyev 1977-ci il may ayının 22-də Bakı şəhərində anadan olub, ailənin yeganə oğul övladı idi. O, Vətən müharibəsi zamanı bir neçə rayonun azad olunması uğrunda döyüşlərdə iştirak edib. 2020-ci il noyabrın 3-də Zəngilan istiqamətində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Q.Baxşəliyevin şəhadətindən 6 ay sonra qızı Cənnət dünyaya gəlib.

***

Qərib Baxşəliyevin bacısı Sevil Allahverdiyevanın Rusiyanın Surqut şəhərində qəfil ürəktutmadan vəfat etməsi məlum olub. Onun nəşinin vətənə gətirilərək dəfn ediləcəyi bildirilib.

Aslan Vəliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.