Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qəsdən adam vurdu, polis saxladı
 
						Qəsdən adam vurdu, polis saxladı
Əlavə olunub: 08.19.2025 | 08:02 | Baxılıb: 3237
Zəngilanda avtomobillə qəsdən adam vurub öldürən sürücünü polis saxlayıb.

“omrum.az"in əldə etdiyi məlumata görə, avqustun 18-də Zəngilan rayonunun Ağalı kəndi ərazisində kənd sakini, 1971-ci il təvəllüdlü Elman Zeynalovun işlədiyi avtoyuma məntəqəsinin qarşısında “Ford Tranzit” markalı yük maşını ilə vurulması və onun xəstəxanaya aparılan zaman yolda ölməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən avtomobilin sürücüsü 1980-cı il təvəllüdlü Elçin Abdullayev iş üzrə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təqdim edilib.

İlkin məlumata görə, hadisə qəsdən və şəxsi münasibətlər zəminində baş verib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.