Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Qeyri-sabitlik və xaos regionumuzda sabitliyi pozur”
 
						“Qeyri-sabitlik və xaos regionumuzda sabitliyi pozur”
Əlavə olunub: 07.04.2025 | 14:26 | Baxılıb: 1188
“İlk olaraq əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevi təbrik etmək istəyirəm. O, İƏT-in 17-ci sammitinə uğurla sədrlik edir”.

“omrum.az” xəbər verir ki, bunu Pakistan Baş naziri Şahbaz Şərif Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, dünyanın digər ölkələri kimi İƏT-in üzv ölkələri də iqlim dəyişmələrinin uzunmüddətli təsirinə məruz qalır: “Pakistan iqlim dəyişmlərinə məruz qalan ilk 10 ölkə sırasındadır. Pakistan öz növbəsində müqavimət, bərpa və yenidənqurma kimi sahələrə yönələn dördtərəfli planın hərtərfli şəkildə yerinə yetirilməsini, eləcə də aşağı emissiyalı dəhlizlər yaradılmasını təklif edir.

Pakistan Baş naziri, həmçinin çıxışında Yaxın Şərqdəki vəziyyətə də toxunub: “Bu gün qeyri-sabitlik və xaos bizim regionumuzda sabitliyi pozur”.

Günel İbrahimova

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.