Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qəzada sıxılı qalan sürücü belə xilas edildi - Video
 
						Qəzada sıxılı qalan sürücü belə xilas edildi 
							 - Video
Əlavə olunub: 08.12.2025 | 14:17 | Baxılıb: 1427
Xəzər rayonu, Zuğulba qəsəbəsi ərazisində yol-nəqliyyat qəzası baş verib.

“omrum.az” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” markalı yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib və sərnişin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş, 2008-ci il təvəllüdlü Əzizov Teymur Marif oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.