Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qəzadan 7 gün sonra öldü
 
						Qəzadan 7 gün sonra öldü
Əlavə olunub: 05.06.2025 | 11:00 | Baxılıb: 2394
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“omrum.az” xəbər verir ki, aprelin 29-u Akif Yusifov “Kia Rio” markalı avtomobillə Yasamal rayonu Şərifzadə küçəsində yolu keçən 1985-ci il təvəllüdlü Hacıyev Emin Qalib oğlunu vurub.

Kəllə-beyin zədələnməsi, sağ alın təpə gicgah nahiyəsində subdoral hemotoma, sağ orbitanın distal hissəsinin sınığı ilə nəticələnən ağır bədən xəsarətləri alan piyada Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin o, mayın 5-də vəfat edib.

Faktla bağlı Yasamal RPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.