Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.11.2025 | 20:46 | Baxılıb: 8553
Xəbər verdiyimiz kimi, göyərtəsində 20 nəfər hərbçinin olduğu Türkiyəyə məxsus C-130 tipli hərbi təyyarə Gürcüstan ərazisində qəzaya düşüb.

“omrum.az” “A haber”ə istinadən xəbər verir ki, bu gün Türkiyə vaxtı ilə səhər saat 09:50-də Trabzondan havaya qalxan təyyarə saat 11:06-da Gəncəyə enib.

Planlaşdırılmış prosedurlara uyğun olaraq, təyyarə saat 13:20-də Türkiyəyə geri dönüş reysi üçün yenidən Gəncədən havaya qalxıb.

Lakin havaya qalxdıqdan 27 dəqiqə sonra təyyarə ilə əlaqə kəsilib və radar siqnalı itib.

Gürcüstan KİV-də yer alan ehtimallara görə, ekipaj nasazlıqla bağlı Gürcüstan rəsmilərini məlumatlandırmağa cəhd edib lakin naviqasiya GPS sistemində ciddi problemlər yarandığı üçün bunu edə bilməyib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.