“omrum.az” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
Tramp açıqlamasında ABŞ-nin İranla nüvə məsələsində razılığa gəlməyə çox yaxın olduğunu da bildirib:
“İranla razılaşmaya çox yaxın olduğumuzu düşünürəm”.
O həmçinin, bildirib ki, o, ölkələr arasında ticarət sazişini müzakirə etmək üçün Çin Sədri Si Cinpinlə görüşəcəyinə əmindir:
“Mən əminəm ki, prezident Si ilə görüşəcəyəm və ümid edirəm ki, biz bunu həll edəcəyik. Amma bəli, aramızdakı razılaşma pozulub”.