Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.13.2025 | 15:15 | Baxılıb: 536
“Qəzzada ekoloji vəziyyət fəlakət həddinə çatıb, epidemiya riski isə yüksəkdir”. 

“omrum.az” xəbər verir ki, bu barədə anklavın Xan Yunis şəhərinin bələdiyyə sədri Əlaa-əl Batta “Əl-Cəzirə” telekanalına bildirib.

“Biz xəstəliklərin və epidemiyaların yayılmasına səbəb olacaq əsl fəlakətlə üzləşirik”, - kanalın müsahibi vurğulayıb. 

Onun sözlərinə görə, hərbi əməliyyatlar sektorda çox böyük dağıntılara səbəb olub ki, bu da zibil və tullantıların vaxtında daşınmasını çətinləşdirir: 

“Vəziyyəti pisləşdirən digər bir amil bombardmanlar nəticəsində sektorun bitki örtüyünün 90%-nin məhv olmasıdır”. 

Qeyd edək ki, daha əvvəl BMT-nin İnkişaf Proqramının (UNDP) Qəzza bölməsinin rəhbəri Alessandro Mrakiç anklavda tonlarla zibilin olduğunu, antisanitar şəraitin isə yerli əhalinin sağlamlığı üçün ciddi təhlükə yaratdığını bildirmişdi. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.