
“omrum.az” xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya 2023-cü ildən bəri Qəzzadan gətirilən səkkiz eşşəyə heyvanların qorunması qanunvericiliyinə uyğun olaraq sığınacaq verib.
Eyni zamanda, Berlin administrasiyası təhlükəsizlik səbəblərini əsas gətirərək fələstinli bir körpənin ölkəyə girişinə icazə verməyib.
Hakimiyyət orqanları körpənin qəbul edilməməsinin “mümkün təhlükəsizlik riski” ilə əlaqəli olduğunu bildiriblər. Lakin ölkənin müxtəlif sosial və siyasi qrupları bu qərarı tənqid edərək, Almaniyanın Qəzzadan gələn insanlar və heyvanlar arasında apardığı fərqli yanaşmanı birmənalı qarşılamayıblar.
İctimai müzakirələrdə ən çox diqqət çəkən məqam isə ölkənin humanitar prinsipləri ilə təhlükəsizlik siyasəti arasındakı ziddiyyətin daha da qabarıq şəkildə ortaya çıxması olub.