Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Qırmızı kitab”a düşmüş balıqları ovlayan şəxs tutuldu
 
						“Qırmızı kitab”a düşmüş balıqları ovlayan şəxs tutuldu
Əlavə olunub: 05.13.2025 | 13:05 | Baxılıb: 874
Balıqların kürütökmə dövrü ilə bağlı ölkə ərazisindəki su hövzələrində tətbiq edilən moratoriuma riayət etməyən, qanunsuz balıq ovu və brokonyerliklə məşğul olan şəxslərə qarşı mübarizə tədbirləri davam etdirilir.

“omrum.az” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı qanunsuz olaraq balıq ovu ilə məşğul olan R.Fərzullayev saxlanılıb.

Ondan balıqovlama alətləri və qanunsuz ovladığı 151 ədəd adı “Qırmızı kitab”a düşən müxtəlif növ balıq aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.