Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qızı Bill Qeytsin bu sindromdan əziyyət çəkdiyini açıqladı
 
						Qızı Bill Qeytsin bu sindromdan əziyyət çəkdiyini açıqladı
Əlavə olunub: 05.02.2025 | 10:29 | Baxılıb: 2867
Amerikalı milyarder Bill Qeytsin qızı Fibi atasının autizm spektri pozuntularından biri olan Asperger sindromundan əziyyət çəkdiyini açıqlayıb.

“omrum.az” xəbər verir ki, bu barədə məlumatı “New York Post” yayıb. 

“Atam əvvəllər də dediyi kimi, onda Asperger sindromu qeydə alınıb”, - deyə 22 yaşlı Fibi Qeyts bildirib. 

Lakin vurğulanıb ki, 69 yaşlı milyarder bundan əvvəl heç vaxt ictimai olaraq bu barədə danışmayıb. Bununla belə, o, öz memuarlarında uşaq vaxtı ona ola bilsin ki, autizm spektri pozuntusu diaqnozu qoyulduğunu yazıb. 

Qeyd edək ki, Asperger sindromunun simptomlarından biri ünsiyyət zamanı çətinlikdir. Bu sindromdan əziyyət çəkən şəxslər digərlərinin emosiyalarını, üz ifadələrini, intonasiya və jestləri tanımaqda çətinlik yaşayırlar və onların davranışı kobud görünə bilər. Asperger sindromu olan şəxslər spesifik maraqlara sahib olurlar.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.