Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.28.2025 | 13:31 | Baxılıb: 1005
İspaniyanın “Betis” klubu UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda “Utrext”lə (Niderland) matçda kuryoz halla üzləşib.

“omrum.az” xəbər verir ki, İspaniya klubunun aparıcı üzvləri İsko Alarkon və Sofian Amrabat zədə səbəbindən erkən əvəzlənməli olublar.

Belə ki, matçın 3-cü dəqiqəsində S.Amrabat qüvvətli zərbə ilə topu qapıya vurmaq istəyərkən futbolçuların ayaqları bir-birinə dəyib. Nəticədə onların hər ikisi zədələnib və oyunu davam etdirə bilməyiblər.

Qeyd edək ki, “Betis” - “Utrext” qarşılaşması meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.