Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.05.2025 | 12:06 | Baxılıb: 2048
Çeçenistanın paytaxtı Qroznı şəhərində yerləşən “Qroznı-Siti” biznes mərkəzində partlayış baş verib.

“omrum.az” Rusiya teleqram kanallarına istinadən xəbər verir ki, hadisə biznes mərkəzinin qüllələrindən birində qeydə alınıb.

Partlayış nəticəsində binanın bir neçə mərtəbəsinin fasadı dağılıb. 

Binanın Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) ilə hücuma məruz qaldığı iddia olunub. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.