Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ramin Şükürov həbs edildi
 
						Ramin Şükürov həbs edildi
Əlavə olunub: 04.22.2025 | 15:39 | Baxılıb: 19046
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin rəisi Ramin Şükürov həbs edilib.

“omrum.az"in əldə etdiyi məlumata görə, Ramin Şükürov korrupsiya cinayətlərində təqsirləndirilir.

O, bir müddət əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılmışdı. Amma həmin vaxt barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

Bu gün Bakı Hərbi Məhkəməsinin qərarı ilə ilkin istintaq müddəti üçün o, 3 aylıq həbs edilib.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.