Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.19.2025 | 16:01 | Baxılıb: 6003
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin külli miqdarda rüşvət almaqda ittiham olunan sabiq rəisi Ramin Şükürov və onunla birgə mühakimə edilən digər zabitlərin məhkəməsi başa çatıb.

“omrum.az"in məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Fikrət Əliyevin sədrlik etdiyi məhkəmə kollegiyası ev dustaqlığında mühakimə olunan zabitlərin hər birini ağır cinayətlərin törədilməsində təqsirli bilib. Amma müttəhimlərə təyin edilmiş 10 ildən 8 ilə kimi cəzanın real çəkilməsinə zərurət görülməyib.

Hökmə əsasən, eks-idarə rəisi Ramin Şükürov və eyni idarənin zabitləri Xalid Əzimov ilə Emil Nəbiyevə şərti cəza verilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdilər.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.