Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Real” 23 illik rekordu yenilədi
 
						“Real” 23 illik rekordu yenilədi
Əlavə olunub: 07.06.2025 | 13:15 | Baxılıb: 2379
2025-ci il Klublararası Dünya Çempionatının 1/4 finalında “Real Madrid” Dortmund “Borussiya”sını 3:2 hesabı ilə məğlub edib.

“omrum.az” xəbər verir ki, Madrid klubu bununla da bir mövsümdə keçirilən matçların sayına görə ölkə rekordunu qırıb.

“One Football”un məlumatına görə, bu görüş “Real”ın 2024/2025 mövsümündə 67-ci görüşü olub ki, bu da İspaniya klubu üçün tarixdə ən yaxşı nəticədir.

Qeyd edək ki, kral klubu 2001/2002 mövsümündə 66 oyun keçirib. İspaniyanın digər klublarından 2009/2010 mövsümündə “Atletiko”, 2011/2012 mövsümündə isə “Barselona” hərəyə 64 matça çıxıblar.  Bununla da “Real” özünə aid olan 23 illik rekordu yeniləyib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.