Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.24.2025 | 23:25 | Baxılıb: 5276
“Çox gözəl bir şəhərdəyik və böyük tarixə malik kluba qarşı oyun bizi gözləyir”.

“omrum.az” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İtaliyada “Napoli” ilə keçiriləcək UEFA Çempionlar Liqasının 5-ci tur matçından öncə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, komandasını çox böyük bir məşqçinin komandasına qarşı oyun gözləyir:

“Napoli” turnir cədvəlində istəyəcək ki, öz yerini daha da yaxşılaşdırsın. Ona görə çox yaxşı hazırlaşırlar. Ümumiyyətlə, Kontenin heç bir oyunda diqqətsiz olduğunu görməmişəm. Onu yaxından tanıyıram. Pis hazırlaşmamışıq və çox istərdik ki, öz nizam-intizamımızı qoruyub saxlayaq, dinamik futbol oynayaq.

Çox sağ olun isti münasibətə görə. Reallığa baxsaq, Azərbaycan klubu bu cür böyük turnirdə oynamalı deyil. Amma biz uzun illər klubda gördüyümüz işlərin nəticəsini görürük. Bizim missiyamızdır ki, bu turnirdə iştirak edək, irəliyə baxaq. Nəticə olmasa belə, oyunumuzdan zövq almalıyıq. Bugünkü nəticələrimizə görə sevinirik”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.