Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.10.2025 | 21:30 | Baxılıb: 1026
“Qarabağ”ın futbolçusu Redon Cica “SSPA Şabab Riadi Beluizdad” klubuna transfer olunub.

“omrum.az” xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı albaniyalı hücumçu Əlcəzair klubu ilə müqavilə imzalayıb.

2023-cü ilin yanvarından “Qarabağ”ın formasını geyinən oyunçu 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub. O, 73 oyunda 13 qol və 5 assistə imza atıb.

“Qarabağ” daha öncə Yassin Benzya, Patrik Andrade, Marko Veşoviç, İsmayıl İbrahimli ilə də yollarını ayırıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.