Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.15.2025 | 11:58 | Baxılıb: 1816
İsrailin “Yermiyahu Holon” futbol klubunun adı açıqlanmayan 17 yaşlı oyunçusu 99 il müddətinə diskvalifikasiya edilib.

“omrum.az” “One” nəşrinə istinadən xəbər verir ki, buna səbəb onun rəqibini döyməsi olub. 

Belə ki, oyunçunun paltardəyişmə otağında digər futbolçuya hücum etməsinin görüntüləri yayılıb. Bundan sonra klub onu heyətdən kənarlaşdırıb.

İsrail Futbol Assosiasiyasının qərarına əsasən, qaydanı pozan futbolçu 2124-cü ilin noyabrında yenidən meydana çıxa biləcək.

O, həmçinin 2,5 min şekel (təxminən 1349 AZN) məbləğində cərimələnib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.