Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rəqsanə apellyasiya şikayəti verdi
 
						Rəqsanə apellyasiya şikayəti verdi
Əlavə olunub: 08.18.2025 | 10:44 | Baxılıb: 6342
İki gün əvvəl 1 milyonluq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılova qərardan narazıdır.

“omrum.az"in məlumatına görə, müğənninin vəkili Hikmət Əliyev bir az əvvəl qərardan apellyasiya şikayəti verib.

Müdafiə tərəfi əvvəlki məhkəmə qərarının ləğv edilməsini istəyir.

Vəkili müğənninin həbsi barədə saytımıza açıqlama verib. H.Əliyevin sözlərinə görə, müğənninin azadlıqda qalması cəmiyyət üçün heç bir təhlükə təşkil etmir və istintaqın normal gedişinə hər hansı maneə yaratmaz: “Rəqsanə İsmayılova özünü təqsirli bilmir. Əgər hər hansı şikayət varsa, həmin şikayətin araşdırılması başadüşüləndir. Lakin bu araşdırmanın azadlıqda aparılması daha ədalətlidir”.

Şikayətə 2 gün ərzində Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Rəqsanə polisdə aparılan istintaqla cinayət məsuliyyətinə cəlb edilib. Onun haqqında polis müstəntiqinin vəsatəti, prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Müğənninin ittiham olunduğu maddənin (178.4-dələduzluq xüsusilə külli miqdarda törədildikdə) sanksiyasında 14 ilə kimi həbs var.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.