Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rəqsanə həbsdə qaldı
 
						Rəqsanə həbsdə qaldı
Əlavə olunub: 08.21.2025 | 15:22 | Baxılıb: 5612
1 milyon manatlıq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılovanın şikayətinə baxılıb.

“omrum.az"in məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi indilərdə qərarını açıqlayıb.

Müğənninin vəkili Hikmət Əliyev birinci instansiya qərarının ləğv edilməsini, müvəkkilinin sərbəst buraxılmasını istəyib.

Məhkəmə cinayətin ağırlığını, dəymiş ziyanın ödənilməməsini, ən əsası istintaqın yeni başlamasını nəzərə alıb. Nəticədə apellyasiya şikayəti təmin edilməyərək Rəqsanənin həbsinin davamına qərar verilib.

Qeyd edək ki, cinayət işinin istintaqını polis aparır. İş materiallarında yazır ki, Rəqsanə İsmayılova bir nəfərə yalan vəd verərək 520 min dollarını və 30 min manatlıq qızıl-zinət əşyalarını ələ keçirib.

Zərərçəkmişə dəymiş ziyan ödənilməyəcəyi halda müğənni 14 ilə kimi həbslə cəzalandırıla bilər.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.