“omrum.az” xəbər verir ki, bu barədə məlumatı “ISNA” agentliyi yayıb.
Danışıqlar Romada keçirilir.
Xatırladaq ki, bundan əvvəl ABŞ və İran Tehranın nüvə proqramı ətrafında fikir ayrılığının nizamlanmasında dair Omanın vasitəçiliyi ilə 4 danışıqlar keçirib. Bunlardan birincisi aprelin 12-də Omanın paytaxtı Maskatda, ikincisi aprelin 19-da Romada, üçüncü və dördüncü isə aprelin 26-da və mayın 11-də yenidən Maskatda baş tutub.
Bu görüşlərdə İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçı, ABŞ heyətinə isə ölkə Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff başçılıq edib.
***
ABŞ və İran arasında danışıqların beşinci raundu üç saatlıq məsləhətləşmələrdən sonra başa çatıb.
Bu barədə “Axios”un müxbiri Barak Ravid öz “X” səhifəsində məlumat verib.