“omrum.az” xəbər verir ki, 40 yaşlı hücumçu bu barədə özü məlumat verib.
O, bir neçə klubdan dəvət aldığını da deyib: “Çoxsaylı dəvətlərə, təkliflərə baxmayaraq, Klublararası Dünya Çempionatında iştirak etməyəcəyim dəqiqləşib. Müzakirələr, təmaslar olub. Lakin biz qısa, orta və uzunmüddətli perspektivdə düşünməliyik”.
Qeyd edək ki, Klublararası Dünya Çempionatı iyunun 15-dən iyulun 13-dək keçiriləcək. Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası turnirə qatıla bilməyəcək.