Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ronaldodan Jota ilə bağlı paylaşım - Fotolar
 
						Ronaldodan Jota ilə bağlı paylaşım 
							 - Fotolar
Əlavə olunub: 07.03.2025 | 15:37 | Baxılıb: 9069
Dünyanın bir çox futbolçuları avtomobil qəzasında həlak olan “Liverpul”un oyunçusu Dioqo Jota ilə bağlı paylaşımlar edib.

“omrum.az"in məlumatına görə, Jota ilə Portuqaliya yığmasından komanda yoldaşı olan Kriştianu Ronaldo instaqram hesabında onun haqqında yazıb. 

Kriştianu paylaşımda bunları qeyd edib: “Heç bir mənası yoxdur. Az əvvəl hələ birlikdə yığmada idik, az əvvəl sən evlənmişdin. Ailənə, həyat yoldaşına və övladlarına başsağlığı verirəm və onlara bütün güc və səbir arzulayıram. Bilirəm ki, həmişə onların yanında olacaqsan. Diogo və Andre, rahat yatın. Sizin çox darıxacağıq”. 

Jotanın komanda yoldaşı Darvin Nunez komanda yoldaşı haqqında yazıb: “Belə ağrılara təsəlli verən sözlər yoxdur. Mən sizi həmişə təbəssümlə, meydanda və meydandan kənarda yaxşı komanda yoldaşı kimi xatırlayacağam. Bütün sevgimi ailənizə göndərirəm. Əminəm ki, Dioqo sən həmişə həyat yoldaşın və 3 uşağınla olacaqsan”. 

“Liverpul”un əfsanəvi futbolçusu Stiven Cerarda Dioqo Jotanın ölümünə sarsıldığını ifadə edib. 

Bundan başqa bir çox klublar da D.Jota barədə paylaşım edib. 


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.