Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rövşən Vəliyev həbsxanada vəfat etdi
 
						Rövşən Vəliyev həbsxanada vəfat etdi
Əlavə olunub: 03.04.2025 | 23:07 | Baxılıb: 31197
Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun professoru, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin keçmiş direktoru Rövşən Vəliyev (Novruzoğlu) vəfat edib.

“omrum.az"in əldə etdiyi məlumata görə, o, bu gün həbsxanada dünyasını dəyişib.

Mərhum bu gün torpağa tapşırılıb.

Qeyd edək ki, R.Vəliyev 2023-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə altı il azadlıqdan məhrum edilmişdi. Professor Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunmuşdu.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.