Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.29.2025 | 15:40 | Baxılıb: 2821
Keçmiş müstəntiq Rüfət Səfərovun həbs müddəti uzadılıb.

“omrum.az"in məlumatına görə, Binəqədi Rayon Məhkəməsi prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.

Məhkəmə yeni sübutların toplanmasını nəzərə alaraq müddətin artırılmasını zəruri hesab edib.

Qərara əsasən, Rüfət Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 1 ay uzadılıb.

Qeyd edək ki, R.Səfərov 4 ay əvvəl həbs edilib. Ona qarşı ilkin olaraq külli miqdarda dələduzluq və qəsdən sağlamlığa az ağır zərər vurma maddələri ilə ittihamlar irəli sürülüb.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.