Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rusiya Azərbaycan qazının Ukraynaya nəql edildiyi stansiyaya zərbə endirib
 
						Rusiya Azərbaycan qazının Ukraynaya nəql edildiyi stansiyaya zərbə endirib
Əlavə olunub: 08.06.2025 | 17:08 | Baxılıb: 6202
Rusiya ordusu avqustun 6-na keçən gecə Ukraynanın qaz nəqli ilə bağlı infrastruktur obyektlərinə zərbə endirib.

“omrum.az” xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Energetika Nazirliyi yayıb. 

Məlumata görə, gecə pilotsuz uçuş aparatları ilə Odessa vilayətində Ukrayna-Rumıniya sərhədi yaxınlığında Ukraynanın təbii qaz tədarükünün təmin edildiyi kompressor stansiyasına zərbə endirilib:

“Sözügedən kompressor stansiyası Trans-Balkan qaz kəməri vasitəsilə Yunanıstanın mayeləşdirilmiş təbii qaz (LNG) terminallarını Ukraynanın qaz anbarları ilə birləşdirən marşrut çərçivəsində istifadə olunur. ABŞ-dən mayeləşdirilmiş təbii qaz və Azərbaycan qazının sınaq həcmləri bu yolla ölkəyə nəql edilirdi”.

Nazirliyin məlumatında qeyd olunub ki, bu, Ukraynanın mülki infrastrukturuna, energetikaya, eləcə də Azərbaycan, ABŞ və Avropada tərəfdaşlarla münasibətlərə qarşı məqsədyönlü zərbədir. 

Hazırda zərbənin nəticələrinin təyin edilməsi ilə bağlı hadisə yerində mütəxəssislərin çalışdığı vurğulanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.