Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.01.2025 | 17:33 | Baxılıb: 970
Rusiya Ukraynanın Dnepr şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib. 

“omrum.az” UNİAN-a istinadən xəbər verir ki, bu barədə məlumatı Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Vladislav Qayvanenko açıqlayıb.

Onun sözlərinə görə, hücum nəticəsində dörd nəfər həlak olub, daha 40 nəfər xəsarət alıb. Yaralılardan 11 nəfərin vəziyyəti ağır qiymətləndirilir. 

Hücum nəticəsində çoxmərtəbəli binada və bir neçə fərdi evdə yanğın baş verib. 

Hadisə ilə bağlı dekabrın 2-si vilayətdə matəm günü elan edilib. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.