Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.21.2025 | 01:56 | Baxılıb: 1545
“Rusiya Silahlı Qüvvələri Kupyansk şəhərinin nəzarətə götürüldüyünü, habelə Volçanskın 80 faizindən artıq hissəsində mövqe üstünlüyü əldə edildiyini bəyan edib”.

“omrum.az” xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Prezident Vladimir Putinə təqdim etdiyi məruzədə məlumat verib.

Onun sözlərinə görə, Rusiya ordusu Seversk istiqamətində də irəliləmə nümayiş etdirir. Gerasimov əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin hərbi infrastrukturlarına qarşı mümkün cavab zərbələri müzakirə olunur.

Baş Qərargah rəisi həmçinin bildirib ki, Dnepropetrovsk və Zaporojye bölgələrində yerləşən 13 yaşayış məntəqəsi Rusiya qüvvələrinin nəzarəti altına keçib və bu ərazilərdə nəzarət zonasının genişləndirilməsi davam edir.

Xatırladaq ki, Prezident Vladimir Putin dünən Baş Qərargah rəisi, Baş Operativ İdarənin rəhbərliyi və “Qərb” və “Cənub” qruplaşmalarının komandirləri ilə müşavirə keçirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.