Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
 
						Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Əlavə olunub: 05.24.2025 | 15:45 | Baxılıb: 2171
Rusiyanın iki hərbi təyyarəsi Finlandiya hava məkanını pozmaqda şübhəli bilinir.

“omrum.az” xəbər verir ki, bu barədə “Yle Novosti” Finlandiya Müdafiə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Finlandiyanın müdafiə naziri Antti Hakkänen bildirib ki, Finlandiya rəsmiləri insidenti ciddiyə alır. Finlandiya Körfəzi Sərhəd Mühafizəsi “X” sosial şəbəkəsində hadisə ilə bağlı ilkin araşdırmaya başladığını açıqlayıb.

Qeyd edək ki, iddia edilən hadisə mayın 23-də gün ərzində Porvoo ərazisində baş verib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.