Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rusiya-Ukrayna münaqişəsində ümumi itkilərin sayını açıqladı
 
						Rusiya-Ukrayna münaqişəsində ümumi itkilərin sayını açıqladı
Əlavə olunub: 05.27.2025 | 22:35 | Baxılıb: 2738
Rusiya-Ukrayna münaqişəsində hər iki tərəfdən itkilərin sayı 1,2 milyon nəfərdən çoxdur.

“omrum.az” xəbər verir ki, bu haqda ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq “Fox News” telekanalına müsahibəsi zamanı bildirib.

“Bu münaqişəni mümkün qədər tez bitirmək lazımdır, prezident Tramp bunun üzərində daim işləyir. Döyüşlər zamanı itkilərin ümumi sayı 1,2 milyon nəfər təşkil edib”, - xüsusi nümayəndə qeyd edib.

Bundan əlavə, Kelloq vurğulayıb ki, bu itkilərin sayı “İkinci Dünya Müharibəsi zamanı öldürülən Amerika əsgərlərinin miqyasını əhəmiyyətli dərəcədə üstələyir”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.