Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rusiyada azərbaycanlı iş adamı həbs edildi
 
						Rusiyada azərbaycanlı iş adamı həbs edildi
Əlavə olunub: 08.18.2025 | 19:41 | Baxılıb: 6638
Azərbaycan diasporunun lideri, Voronejdə ən böyük bazarın sahibi Yusif Xəlilov həbs edilib.

“omrum.az” “Mash” teleqram kanalına istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri onu bu ilin martında oğlunun orduya çağırılmaması üçün həkimə 330 min rubl verməkdə ittiham edir. 

İddiaya görə, iş adamı məbləğin bir hissəsini vasitəçi, 100 min rubl vəsaiti isə kart vasitəsilə köçürüb. 

Yusif Xəlilov ona irəli sürülmüş ittihamla razılaşmayaraq  ifadə verməkdən imtina edib. 

Diaspor lideri həbs olunub və onu rüşvətxorluq ittihamı ilə 7 ildən 12 ilə qədər həbs gözləyir.

Y. Xəlilovun deportasiya edilməsi də ittiham aktına əlavə olunub. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.