Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rusiyada bəzi aeroportlar müvəqqəti bağlandı
 
						Rusiyada bəzi aeroportlar müvəqqəti bağlandı
Əlavə olunub: 05.21.2025 | 13:37 | Baxılıb: 1748
Rusiyada üç hava limanı təhlükəsizlik səbəbilə müvəqqəti bağlanıb.

“omrum.az” xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Vladimir, İvanovo və Kaluqa hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Sözügedən hava limanları hazırda reysləri qəbul etmir və yola salmır.

Qeyd edək ki, Rusiyanın bəzi ərazilərinə PUA hücumları davam edir. Bu gecə Rusiyanın üç bölgəsində Ukraynaya məxsus 32 pilotsuz uçuş aparatı vurulub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.