Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rusiyada bu şəxslərə maşın sürmək qadağan edilir
 
						Rusiyada bu şəxslərə maşın sürmək qadağan edilir
Əlavə olunub: 08.21.2025 | 11:02 | Baxılıb: 1969
Rusiyada avtomobil idarə edilməsini qeyri-mümkün edən göstəricilərin siyahısı yenilənir.

“omrum.az” TASS-a istinadən xəbər verir ki, sentyabrın 1-dən məsələ ilə bağlı yeni göstəricilər qüvvəyə minəcək.

Belə ki, həmin tarixdən etibarən autizm spektr pozuntularından, Asperger və Rett sindromlarından, eləcə də daltonizmdən əziyyət çəkən şəxslərə avtomobil idarə etmək qadağan ediləcək. 

Bununla yanaşı, Rusiyada əvvəlkitək epilepsiya, şizofreniya və digər ciddi xəstəlikləri olan şəxslərə maşın sürmək qadağan olaraq qalır. 

Həmçinin sürücülük vəsiqəsi əldə etmək üçün dövlət rüsumunun həcmi iki dəfə artırılır və sentyabrın 1-dən bu rüsum 2000 rubl əvəzinə 4000 rubl (təqribən 85 AZN) təşkil edəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.