Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rusiyada miqrant uşaqlarla bağlı yeni qayda təklif edilir
 
						Rusiyada miqrant uşaqlarla bağlı yeni qayda təklif edilir
Əlavə olunub: 08.20.2025 | 14:42 | Baxılıb: 1070
Rusiyada yetkinlik yaşına çatmayan miqrantların qanuni nümayəndələrin müşayiəti olmadan ölkəyə girişinin məhdudlaşdırılması təklif edilir.

“omrum.az” “Vesti”yə istinadən xəbər verir ki, müvafiq qanun layihəsi deputatlar Nina Ostanina və Yaroslav Nilov tərəfindən Dövlət Dumasına təqdim edilib. 

Həmin qanun layihəsində qanunvericiliyə məsələ ilə bağlı əlavələr edilməsi təklif edilir. 

Hazırda yetkinlik yaşına çatmayan əcnəbilər qanuni nümayəndələrin notarial qaydada razılığı olmadan sərbəst şəkildə Rusiyaya daxil ola bilərlər. 

Bununla yanaşı, qanun layihəsi miqrant uşaqlarının səfər məqsədlərini də məhdudlaşdırır və onlar yalnızca təhsil, müalicə və yaxud idman yarışları, yaxud olimpiadalarda iştirak üçün müvəqqəti olaraq Rusiyaya daxil ola bilərlər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.