Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rusiyadakı bu azərbaycanlılara - Yeni məhdudiyyətlər
 
						Rusiyadakı bu azərbaycanlılara 
							 - Yeni məhdudiyyətlər
Əlavə olunub: 08.18.2025 | 12:49 | Baxılıb: 3426
Bu il sentyabrın 1-dən etibarən Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində Azərbaycan, Tacikistan və Özbəkistandan olan miqrantlar üçün yeni məhdudiyyətlər qüvvəyə minəcək.

“omrum.az” “Ura.ru” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı regionun qubernatoru Dmitriy Artyuxov sakinlərlə görüşündə açıqlayıb.

Onun sözlərinə görə, həmin tarixdən patent əsasında çalışan işçi miqrantlara topdan və pərakəndə ticarət, nəqliyyat vasitələrinin və motosikletlərin təmiri sahələrində işləmək qadağan ediləcək. 

Qubernator əlavə edib ki, bununla belə, miqrantlara inşaatda işləməyə icazə veriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.