Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rusiyadan Azərbaycanın Ukraynaya silah tədarükü iddialarına - Reaksiya
 
						Rusiyadan Azərbaycanın Ukraynaya silah tədarükü iddialarına 
							 - Reaksiya
Əlavə olunub: 08.13.2025 | 15:27 | Baxılıb: 7911
Rusiya Xarici İşlər Nazirliyi Azərbaycandan Ukraynaya silah tədarükünün mümkünlüyü məsələsinə münasibət bildirib.

“omrum.az” xəbər verir ki, bu barədə Rusiya XİN-in nümayəndəsi Aleksey Fadeev brifinqdə danışıb. 

Onun sözlərinə görə, azərbaycanlı tərəfdaşlara Ukraynaya silah-sursat və yaxud ikili təyinatlı humanitar yardımın göndərilməsi məsələsində Rusiyanın mövqeyi yaxşı məlumdur. 

Rusiyalı diplomat qeyd edib ki, bu addımlar dinc nizamlanmaya töhfə vermir və vəziyyəti daha da çətinləşdirir. 

Xatırladaq ki, bir neçə gün əvvəl “Caliber.Az” saytı öz mənbələrinə istinadən sözügedən məsələ barədə məlumat yaymışdı.

Bildirilmişdi ki, Rusiya Azərbaycanın maraqlarına qarşı təcavüzkar siyasətini davam etdirərsə, rəsmi Bakı Ukraynaya öz arsenalında olan silah-sursat tədarükünə qoyulan embarqonun ləğv edilməsi məsələsini nəzərdən keçirməyə başlayacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.