Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.27.2025 | 23:40 | Baxılıb: 1870
Rusiyanın Domodedovo Şəhər Məhkəməsi aktrisa Aqlaya Tarasova barəsində hökm çıxarıb. O, narkotik vasitələrin qaçaqmalçılığında təqsirli bilinərək üç il şərti azadlıqdan məhrum etmə və 200 min rubl cərimə cəzasına məhkum olunub.

“omrum.az” xəbər verir ki, istintaq materiallarına əsasən, aktrisa “vape” üçün nəzərdə tutulan və tərkibində narkotik olan maye qatranı ölkəyə keçirməyə cəhd edib. Tarasova avqust ayının sonunda Domodedovo hava limanında saxlanılıb.

Ekspertizanın rəyinə görə, onun üzərində aşkar edilən narkotik maddənin ümumi çəkisi 0,38 qram təşkil edib. Dövlət ittihamçısı aktrisanın üç il yarım şərti cəza almasını tələb etmişdi.

Qeyd edək ki, məhkəmə hökmü ilə Tarasova barəsində cəza qismən yüngülləşdirilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.