Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rusiyanın soydaşlarımıza etdikləri haqda beynəlxalq təşkilatlara müraciət olunacaq
 
						Rusiyanın soydaşlarımıza etdikləri haqda beynəlxalq təşkilatlara müraciət olunacaq
Əlavə olunub: 07.01.2025 | 23:31 | Baxılıb: 2482
Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.

“omrum.az” xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov sosial şəbəkə hesabında yazıb.

A.Bağırov qeyd edib ki, Rusiyada həbs olunan diaspor lideri Şahin Şixlinskini uzun illərdir şəxsən tanıyır, özü və oğlu Rusiyada təcrübəli vəkillərdir:

“Onların bir tək “günahı” son günlər qanunsuz həbs olunmuş diaspor üzvlərinin hüquqlarını müdafiə etmələridir. Dünən vəhşicəsinə döyülmüş soydaşlarımızın məhkəmə prosesində Şıxlinskilər müdafiəçi qismində iştirak ediblər və məhz buna görə bu gün onlara qarşı zorakılıq tətbiq edilir, vəkil olan ata və oğul qatı cinayətkarlar kimi hər kəsin gözü qarşısında təhqir olunur, döyülürlər. Şahin müəllim həmçinin tanınmış iş adamı, həm də diaspor rəhbəridir. Artıq vəkillər, hüquqşünaslar peşə fəaliyyətlərinə görə qanunsuz həbs olunurlar, onlara qarşı alçaldıcı şəkildə qeyri-adekvat güc tətbiq olunur”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.