Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Rusiyaya qarşı yeni sanksiya paketi hazırdır” - Mertz
 
						“Rusiyaya qarşı yeni sanksiya paketi hazırdır” 
							 - Mertz
Əlavə olunub: 05.16.2025 | 07:00 | Baxılıb: 1261
Almaniya kansleri Fridrix Mertz bildirib ki, Rusiyaya qarşı yeni sanksiya paketi hazırdır və mayın 20-də Brüsseldə qəbul ediləcək.

“omrum.az” xəbər verir ki, o bu barədə ZDF telekanalına müsahibəsində deyib.

“Bu paket hazırdır və gələn çərşənbə axşamı Brüsseldə qəbul ediləcək. Məsləhətləşmələr başa çatıb”, - kansler qeyd edib.

Eyni zamanda, Almaniya hökumətinin başçısı sanksiyaların dərhal qüvvəyə minəcəyini vurğulayıb.

“Onlar (red. - məhdudiyyətlər) hazırdır, qüvvəyə minir və növbəti sanksiya paketi hazırlanır”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.