Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sabah sulu qar yağacaq, yollar buz bağlayacaq
 
						Sabah sulu qar yağacaq, yollar buz bağlayacaq
Əlavə olunub: 02.25.2025 | 13:26 | Baxılıb: 5109
Fevralın 26-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “omrum.az”ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin axşam bəzi yerlərdə sulu qar yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 65-75 % olacaq.

Gecə və səhər bəzi yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 18-23° şaxta, gündüz 3-8° şaxta olacaq.

Yolların buz bağlaması davam edəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.