Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sabiq prokuror vəfat etdi - Foto
 
						Sabiq prokuror vəfat etdi 
							 - Foto
Əlavə olunub: 07.31.2025 | 15:13 | Baxılıb: 7677
Uzun müddət prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışmış Nazim Ağamirzəyev vəfat edib.

“omrum.az” xəbər verir ki, bu barədə onun yaxınları bildiriblər. 67 yaşlı sabiq prokurorun xəstəlik səbəbindən həyatını itirdiyi qeyd edilib.

Qeyd edək ki, N.Ağamirzəyev Baş Prokurorluqda xüsusilə mühüm işlər üzrə müstəntiq, DİO-nun istintaq, təhqiqat və əməliyyat-axtariş fəliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifələrində çalışıb. O, İsmayıllı, Binəqədi və Biləsuvar rayonlarında da prokurorluq orqanlarında çalışıb.

Xatırladaq ki, 2018-ci ildə N.Ağamirzəyev işdən qanunsuz çıxarıldığını bildirərək Baş Prokurorluğu məhkəməyə vermişdi. 2017-ci ildə isə o, atalığın mübahisələndirilməsi iddiası ilə məhkəməyə verilmişdi və həmin prosesi uduzmuşdu.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.