Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sabiq prokurorun oğlu intihar etdi
 
						Sabiq prokurorun oğlu intihar etdi
Əlavə olunub: 03.06.2025 | 11:02 | Baxılıb: 13436
Dünən axşam saatlarında Sabunçu rayonu Pirşağı qəsəbəsində intihar hadisəsi baş verib.

“omrum.az"in əldə etdiyi məlumata görə, Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Nizami Həsənov qəsəbədəki evində özünü asıb.

Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

Bildirilir ki, intihar edən Nizami Həsənov əvvəllər prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışmış, bir neçə il əvvəl təqaüdə çıxmış prokuror Namiq Həsənovun oğludur.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.