Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sabirabadda yeni doğulan körpə öldü - Yenilənib
 
						Sabirabadda yeni doğulan körpə öldü 
							 - Yenilənib
Əlavə olunub: 04.24.2025 | 11:32 | Baxılıb: 2510
Sabirabadda yeni doğulan körpə ölüb.

“omrum.az” xəbər verir ki, aprelin 21-i saat 13 radələrində İmişli sakini 2005-ci il təvəllüdlü Samirə Səxavət qızı Mirzəyeva doğuş üçün rayon mərkəzi xəstəxanasına müraciət edib.

Lakin S.Mirzəyevanın dünyaya gətirdiyi uşaq ölüb.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 2005-ci il təvəllüdlü şəxs aprelin 21-i saat 13:00 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə hospitalizasiya olunub.

30 həftəlik hamilə olan pasiyentin vaxtından əvvəl doğuşu baş tutub. Ağır vəziyyətdə doğulan körpənin cinsi kişi, çəkisi 1 kq. 800 qr. olub.

Küvəz rejimində müalicəsi davam etdirilən yenidoğulmuş CPAP rejimində respirator dəstək alıb. Aparılan reanimasiya tədbirlərə baxmayaraq, yenidoğulmuşun hemodinamikasını bərpa etmək mümkün olmayıb və aprelin 21-i saat 21:00 radələrində ölüm faktı qeydə alınıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.